Reklam verin!

Proloq- həftəlik ədəbi qəzetinin blogu

Üç rəngli bayrağınla məsud yaşa!

Axtarış

Bölmələr

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 1335
  • Dünənki hit: 52
  • Bugünki hit: 11
  • Ümumi hit: 7808

Müxtəlif

"Sovet tənqidçiləri belə bir fikir yaratmışdılar ki, şair alkaş olmalıdır, yazıçı da cırıq şalvarda gəzməlidir"

admin
Mart 31, 2008 1:25

  

 Seymur Baycanın yeni romanı çıxar-çıxmaz qadın yazarların, qocaların və əsərdə adı keçən qəhrəmanların tənqidi, təzyiqi və küskünlüyü ilə üzləşdi. Əslində burada gözlənilməz heç nə yoxdu. Kitab haqqında ilk anonsu qəzetimizdə dərc edəndə oxuculara xəbərdarlıq eləmişdik: "Çoxunuz bu kitabı sevməyəcəksiniz, amma oxumağa məcbursunuz". İndi isə "boşluq və kədər" içində olan Seymurun özünü danışdıraq. Görək internet və qəzet səhifələrində qızışan müzakirələrə münasibəti necədir?
   - Kitab dərc olunandan sonra ovqatın necədir?
  

Davamı...

Şərhlər(1)
141 oxunma
Müsahibə

İndi bizim ədəbiyyat qurdlar vadisi kimi bir yer olub

admin
Mart 22, 2008 22:02

Image hosted by Photo.Load.Az

Rasim Qaraca: Dövlət Yazıçılar Birliyinə verdiyi pulun yarısını Yazarlar Ocağına versə biz Nobeli Azərbaycana gətirə bilərik. 

- Ədəbiyyatmızda yeni olan, yəni ürək açan və açmayan nələr var.

- Ədəbiyyatımızda yeni imzalar var, yeni istedadlı cavanlar meydana çıxır, bu ürəkaçandır. Lakin gənclər özlərinə meydan tapa bilmirlər, ədəbi mühit daha əvvəlki nəsillər tərəfindən zəhərlənib, bu zəhərli mühitdə təzə pöhrələrin boy atması çox çətindir....

Davamı...

Şərhlər(0)
155 oxunma
Müsahibə

Dörd adam

admin
Mart 22, 2008 21:27

Image hosted by Photo.Load.Az

Qan Turalı

Kiçik bir xatırlatma

Yuvarlak bir masa
Dört şişe.

Dört kişi ve dört bardak şarap.
Şarabın markası Medok.
Bardakta şarap var
Şarap yok,şarp var
Dört kişi şarap içiyorlar...
Boşaldı bir şişe.
Dediki bir kişi:
_Yarın iddiam müthiştir,İlk sözümde iş bitmiştir;
mutlak asılacak...
Boşaldı üç şişe.
Cevap verdi üç kişi,Cevap verdi üç ağız:_Mutlak asacağız...
Yuvarlak bir masa,
Boşalmış dört şişe
ve dört kişi

Nazım Hikmet

Azərbaycanda haqqında yazmalı adam o qədər çoxdur ki. Yazan isə azdır. Öz aramızda dəfələrlə mövzuları bölsək də yenə də artıq qalır. Ona görə də bir neçə adam haqqında bir yazı yazmaq daha böyük effekt doğurur. O vaxt qəzet  oxuyurlar ki, Məlumdur ki, Azərbaycanda qəzet oxunmur. Ancaq o vaxt qəzet oxuyurlar ki, qəzetdə  onların adlarını çəksin.  Bu yazı yaxşı oxunacaq.

Davamı...

Şərhlər(0)
159 oxunma
Tənqid

Dünyanın Ən varlı Şəhərindən Savaş reportajı

admin
Mart 20, 2008 16:14

 

Elçin Səlcuq

Aqil Abbasdan çılpaq müharibə həqiqətləri  Aqilin “Dolu” romanı haqqında deyəcəklərim nə “tənqidçi” fikridi nə də “akademik tənqid” in nümunəsi. Bu sadəcə bir OXUCU ÜSLUBUNDA olan subyektiv qeydlərdi. Çağdaş dünyanın inkişaf etmiş (ildə hətta 600 min yeni iş yerinin açılması da burada heç bir əhəmiyyət daşımır) ölkələrində bizdə hələ də əhəmiyyətini (guya) itirməyən , ənənəvi sayılan ədəbi-tənqidi prinsipləri çoxdan, özü də lap çoxdan tarixin qaranlıq küncünə tolazlayıblar.   Davamı...

Şərhlər(0)
100 oxunma
Tənqid

CADU GİZLƏDƏN

admin
Mart 20, 2008 16:07

Mirmehdi

Təzə aldığı qara, donuzburun tufliləri çıxarıb taxta pilləkənin altına –dərnəyə qoydu, üzü bozarmış rus qaloşlarını  götürüb geyindi, şalvarının balaqlarını coraba keçirib dikəldi. Bibisi artırmada dayanıb bəzi məsləhətlər verdikdən sonra əlindəki qara parçadan tikilmiş dördbucaq bir şeyi onun ovcuna basıb ərəbcə nəsə oxudu. Davamı...

Şərhlər(1)
824 oxunma
Nəsr

Mövlanə əsl postmodernist olub

admin
Mart 20, 2008 15:57

 

Eyvaz Taha 

Çox çalışdım Mövlananın səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə dünyanın yükünü çiynimdə daşımaqdan qorxurdum. Şəms Təbrizlə Rum mollasının haqqını kiçik bir yazıyla bir yerdə ödəmək gülünc gəlirdi mənə, onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq istəyirdim. Amma

Davamı...

Şərhlər(0)
106 oxunma
Publisistika

Xorxe Luis Borxes. “Disk”

admin
Mart 20, 2008 15:53

Mən meşəqıranam. Adımı bilməsəniz də olar.İçində dünyaya göz açdığım və yəqin ki, elə oradaca həyatdan uzaqlaşacağım taxta daxma meşənin lap kənarında yerləşir.

Söyləyirlər ki, bu meşə dünyanı əhatə edən və mənimkinə oxşar taxta komaların qarşısını kəsən dənizə qədər uzanır. Fəqət mən heç vaxt o dənizi görməmişəm, onun barəsində də aydın təsəvvürüm yoxdur. Mən heç meşənin əks tərəfini də görməmişəm.

Davamı...

Şərhlər(2)
111 oxunma
Tərcümə

BİNAMUSLUQ

admin
Mart 20, 2008 15:35

Cəlil Məmmədquluzadə  

Hər bir müsəlman qəzet və məcmuəsini əlimizə alıb oxusaq, hər bir təzə yazılmışmüsəlman kitabına açıb baxsaq, görərik ki, başdan axıra kimi müsəlman millətlərinindalda qalmağını təsdiq edib çığırırlar və bağırırlar ki, "ey biçarə millət, oyan xabiqflətdən , elm öyrən və qeyri millətlər kimi tərəqqi et...."           

Davamı...

Şərhlər(0)
170 oxunma
Publisistika

Xeyrəddin Qoca, yoxsa Nəsrəddin Xoca

admin
Mart 20, 2008 15:12

  

Google-ın “şəkillər” bölməsində “Margues” yazıb axtarış etsəniz qarşınıza Kolumbiya yazıçısı Q.Q.Markesin şəkilləri çıxacaq. O, şəkillərdən birində uşaq kimi  dilini çıxardıb avtobusun pəncərəsindən bayıra baxır, jurnalislərə  dil çıxardarkən fotoreportyorlardan biri  şanslı çıxıb bu görüntünü çəkir.

        

Davamı...

Şərhlər(0)
155 oxunma
Publisistika


  Yazılar cəmi: 9   


© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
Şeir...