Reklam verin!

Yeni sənət

Yazar: gahramanov @ Sentyabr 29, 2008 15:44

Stanley Clarke - 'East River Drive'

 Əsl fotoqraflar yaxşı şəkilçəkənlərdən və proffesionalizmdən danışmağı sevirlər. Amma zamənəmizdəki fotoaparatlar o qədər inkişaf edib ki, bir az yaxşısını aldınsa, həmən olursan yarıprofessional.

Bəndəniz nə yarıprofessionaldır, nə də ki "yarısız", barı bir yaxşı fotoaparatı yoxdur. Fəqət dostlarımın məsləhəti ilə mən də Nokia N73 telefonu vasitəsilə çəkilmiş ıəkillərdən ibarət fotoalbom (ən yaxşı halda Səlyanın Çuxanlı kəndində sərgisini keçirmək olar) hazırlamağa qərar verdim. Hələlik 2 şəkil:             

Davamı...

Puşkinin arxasında baş verənlər...

Yazar: gahramanov @ Sentyabr 26, 2008 16:48

Brenda Russell - Soul Talking

Sentyabrın 10-da fiziklərin indiyədək həm həcm, həm xərclənən pul və zaman, həm qoyulan məsələlər baxımından ən böyük təcrübi proyektləri – Böyük adron kollayderi (LHC) işə başladı (baş vermiş qəza üzündən, sürətləndirici 2009-cı ildə fəaliyytinə davam edəcək). Bu proyektə təxminən 6 milyard dollar vəsait xərclənib. Qeyd edim ki, nüvə reaktoru ilə çalışan sualtı gəminin xərci bu civardadır, ABŞ-ın bombardmançı təyyarəsi B-2 nin qiyməti 2 milyard dollardır, İraqda müharibəyə xərclənən vəsaitin qiyməti isə LHC”nin xərcindən dəfələrlə çoxdur.


  2 gün öncə dostumu Puşkin meydanın önündə gözləyərkən, zəif cinsin nümayəndələrinin gecikməyə meylli olduğunu nəzərə alıb dahi şairin, türkün məsəli, arxasına keçib (daha doğrusu heykəlin arxasına keçib) skamyada əyləşdim. “Molodaya qvardiya”dan təzəcə aldığım kitabı çantadan çıxarıb, yenicə başlamışdım oxumağa, yanıma əyləşən iki qız və bir “qaqaş”ın “Hitler kaput” filmindən danışıqları diqqətimi çəkdi. Nə danışdıqlarını tam anlamadım (anladım da, sonunda özləri anlamadılar nə demək istədiklərini), bir şeyi başa düşdüm ki, filmin əvvəli gülməli olsa da, sonrasına baxmasan da olar. Amma maraqlısı hələ qarşıda idi.
 

Davamı...

Uzun fasilədən sonra...

Yazar: gahramanov @ Sentyabr 7, 2008 20:27

Moby - Why Does My Heart Feel So Bad 

 Uzun fasilədən sonra bloquma qayıtdım. Və uzun fasilədən sonra, daha doğrusu son 3 il ərzində ilk dəfə böyük tennis oynadım. Qısası bugün iki korta birdən qayıtdım. Üçüncü qayıdış sabah ola bilər.

Əvvəla bloqdan: yeni stillər maraqlıdır, təəssüf köhnə stillər itib.

Tennisdən: bir daha rezin kortun qruntdan daha "iyi" olduğunun şahidi oldum.

 

Наш ответ Чемберлену

Yazar: gahramanov @ İyul 5, 2008 14:18

- Значит, вы одобряете культ личности? - тихо спросила Агапова.
- Культ, культ... Культ есть и будет... Личность нужна, понимаете, личность!
С.Довлатов "Компромисс"

  Yazılar cəmi: 51    Sonrakı səhifə »