Reklam verin!
 CavidAn - səhra küləyi... : Əbədi An varmı...? Bəlkə inanaq...?!

Navigation


RSS: Yazılar



Sənin üçün bu da...

May 11, 2008 18:36, Şeirlər, ryabina, Şərhlər(8)


Səndə sığar ikən cahan
Sən bu cahana sığmadın...
Mənsə
Boyuna biçildim
Həm zamanın,
Həm cahanın...
Qoca Şərqdə
Gənc bir qadın
Nə yaşaya bilərdisə yaşayıram,
Öz xaçını
Tək daşıyan İsa kimi
Bir ömürlük məğlubiyyət,
Bir ömürlük məhrumiyyət
Daşıyıram...
Gözüm nuru,
Ucalardan bir bax mənə,
Bax,
Ovcumun içinə necə mismar çalınmış,
Bax,
Ovcumun içindən necə qan damır yenə...
 Davamı...
Baxış sayı: 256
Açar sözlər:
Bookmark and Share


Adamlar və qadınlar...

Aprel 20, 2008 18:09, Şeirlər, ryabina, Şərhlər(24)

Tanrı
Adam yaratdı
palçıqdan -
Öz surətində.
Öz ruhunda...

Tanrı
Qadın yaratdı
Adamdan -
Adam surətində,
Adam ruhunda...

 Davamı...
Baxış sayı: 329
Açar sözlər:
Bookmark and Share


Gecə uçan kəpənəklər...

Aprel 5, 2008 9:45, Şeirlər, ryabina, Şərhlər(3)

Gecə uçan kəpənəklər
Ağca-ağca
Balışlara qonarlar
Uzun-uzun
Saçların arasında gizlənərlər.
Qarasında itərlər...

Qanadları nişastalı, ütülü...

 Davamı...
Baxış sayı: 169
Açar sözlər:
Bookmark and Share


...

Aprel 3, 2008 11:37, Şeirlər, ryabina, Şərhlər(1)

Dəmir barmaqlıqları
sıxıb-sıxıb yorulmuşam...
öz barmaqlarım ağrayır
bu gün
şeir yazıb
küçəyə ata bilməyəcəyəm...

küləklər
darıxacaq
kağız tikələriyçin...
 
Baxış sayı: 100
Açar sözlər:
Bookmark and Share


...ikinci kədər...

Mart 22, 2008 18:11, Şeirlər, ryabina, Şərhlər(6)

Qadın
Sevərkən
Gözlərini yumar
Gözləri açıqdırsa,
sevmir demək...
Kişi
Sevərkən
Qadının üzünə baxar
Baxmırsa,
Özgəsini düşünür demək...

Bizim variantda...


 Davamı...
Baxış sayı: 175
Açar sözlər:
Bookmark and Share


Qurtuluş...

Mart 16, 2008 20:07, Şeirlər, ryabina, Şərhlər(2)

Balaca bir uşaq
ad gününə alınmış,
dar qəfəsə salınmış
xırdaca bir quşa
baxıb da pıçıldar:
-balaca quş,
a balaca quş...
anan üçün darıxdınmı?
mənim anam gəlməmiş
açım, buraxım səni,
balaca quş,
qurtul...uç...
a balaca quş...

 Davamı...
Baxış sayı: 134
Açar sözlər:
Bookmark and Share


...birinci kədər...

Mart 7, 2008 18:19, Şeirlər, ryabina, Şərhlər(2)

Orda...
“Elmlər”in girəcəyində
Böyük sütunlar
Ortaboy qadın
Kiçik təbəssüm
Və xırdaca ümid şəkli var...

 Davamı...
Baxış sayı: 150
Açar sözlər:
Bookmark and Share


Bekarçılıq...

Mart 5, 2008 11:01, Şeirlər, ryabina, Şərhlər(1)

Bir dəli
Bir quyuya
Bir daş atdı...
O quyunun dibindən
Başlar oyandı, qalxdı,
Bir dəlinin atdığı daş
Min baş qanatdı
Hərə bir daş götürüb
Gəldi haraya,
O dəlini aldılar araya,
Atdılar çıxdıqları quyuya,
Daşqalaq elədilər...


 Davamı...
Baxış sayı: 121
Açar sözlər:
Bookmark and Share


İnsan Tanrının Yerə düşən SÖZüdür...

Mart 1, 2008 8:53, Şeirlər, ryabina, Şərhlər(7)

Öncə xaos vardı
onda çabalardım...
hər şey soyuq
hər şey donuq...
Səbəbsiz mərhəmət dolu

səbəb okeanındaykən

darıxdım...

darıxdım... 

öz-özümə pıçıldadım:
SEV... 
baharın ilk bazar günü...
öncə
səmaya vuruldum
sevdim
dəli kimi sevdim göyləri...


 Davamı...
Baxış sayı: 289
Açar sözlər:
Bookmark and Share


*** ***

Yanvar 8, 2008 0:30, Şeirlər, ryabina, Şərhlər(1)

Bu dünyada
Kimsə bilmədi səni sevdiyimi
O dünyada rüsvay olacağam
Tanrıya hesabat verirkən
Mələklərin
Gizli kameralarında
Günlərim görünəcək bir-bir

Hər günün fonunda
Sənin əksin...
 
Baxış sayı: 120
Açar sözlər:
Bookmark and Share



« Əvvəlki səhifə   Yazılar cəmi: 45    Sonrakı səhifə »

Blog Haqqında

ryabina
Не отрекаются, любя,
Ведь жизнь кончается не завтра.
Я перестану ждать тебя,
А ты придешь совсем внезапно...

А ты придешь, когда темно,
Когда в окно ударит вьюга,
Когда припомнишь, как давно
Не согревали мы друг друга.
Да ты придешь, когда темно.

И так захочешь теплоты,
Неполюбившейся когда-то,
Что переждать не сможешь ты
Трех человек у автомата -
Вот как захочешь теплоты!

(Alladan)


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites