Şeytanın iş günü...
Bu səhər
bir çiçək əkəcəkdim,
bir adam var,
ona gülümsəyəcəkdim
və yay küləklərinə
pıçıltıyla, aram-aram
bir şeir söyləyəcəkdim...
Davamı...
Baxış sayı: 162
Açar sözlər:
...söylə, ürəyincəmi...?
Yadındamıötən ilin
soyuq Valentin günü?
biz
sadəcə
Seymur Baycandan danışırdıq..
Davamı...
Baxış sayı: 169
Açar sözlər:
Çay dəstgahı...
Çıq-çıq,çıq-çıq
barmaqlarını qısqanıram klaviaturaya,
pıq-pıq,
pıq-pıq
qaynayıb daşır çaynikdə su,
Davamı...
Baxış sayı: 90
Açar sözlər:
...bəlkə...
Başımıazacıq sağa əyəcəm,
saçlarımı
verəcəm arxaya,
gözləyəcəm
boynumdan öpməyini..
Davamı...
Baxış sayı: 162
Açar sözlər:
...biz...
Üstündə bitdiyimiz köklərutandığından yerə girib
bizə gorə...
üstümüzdə
gəzdirdiyimiz şehlərsə
köməksiz...
ve hər səhər açılınca
o utancaq yer kökləri
o şehləri
içib-içib
yenə yerə girərlər
utandiqlarindan..
biz
çəmənlik otlarıyıq, canım,
bizi
sevərək tapdalayarlar…
Baxış sayı: 72
Açar sözlər:
Bətndən bətnə...
Ən çətin anlarımdaqıvrılıb
sol böyrümün üstündə
uzanmaq,
dizlərimi köksümə yığmaq,
əllərimi
alnımdaca cütləşdirmək,
gözlərimi yummaq
və
qəlbimin çırpıntılarından
qurtulmaq,
qurtulmaq,
qurtulmaq
istəyirəm...
Davamı...
Baxış sayı: 148
Açar sözlər:
Xatirələr...
Bu olmuşdu. əzizim...mənim
doğulduğum gündən
bir ya iki il öncə
biz
sənin maşınında
qəzaya uğramışdıq...
başımdan aldığım zərbə,
üzüm boyu axan qan,
bir də səsin
hələ də yadımdadı...
Davamı...
Baxış sayı: 100
Açar sözlər:
Rəsm dərsi...
Çək,
öncə bu kahanın divarlarına
pəncərələr çək...
birində günəş,
birində ay, ulduzlar,
birində ağac budağı
və baharın ilk günü olsun...
sonra
boyun bərabərində
çiyinlər çək
başını qoymaq üçün
Davamı...
Baxış sayı: 225
Açar sözlər:
Son SÖZün xətrinə...
...hündürlükdən atılmaqlaIntihar edənlərin yarışında
Yerə ən tez çatan da qalibdi...
(Salam)
Min il sonra,
ya milyon il
qara, dolmuş buludlara baxaraq
son şeirimi pıçıldayacam
son duam tək
son kişinin xətrinə...
Dünya
onu canı kimi sevənlərə
"CAN" demir ki,
Salam Sarvan...
Davamı...
Baxış sayı: 165
Açar sözlər:
Sənin üçün bu da...
Səndə sığar ikən cahan
Sən bu cahana sığmadın...
Mənsə
Boyuna biçildim
Həm zamanın,
Həm cahanın...
Qoca Şərqdə
Gənc bir qadın
Nə yaşaya bilərdisə yaşayıram,
Öz xaçını
Tək daşıyan İsa kimi
Bir ömürlük məğlubiyyət,
Bir ömürlük məhrumiyyət
Daşıyıram...
Gözüm nuru,
Ucalardan bir bax mənə,
Bax,
Ovcumun içinə necə mismar çalınmış,
Bax,
Ovcumun içindən necə qan damır yenə...
Davamı...
Baxış sayı: 223
Açar sözlər:

