Bax belə...
İkisindən biri idi...Sən
ya söndürülmüşdün,
ya da
əhatə dairəmin
xaricindəydin...
Sənə
heç nə çatmadı,
heç nə...
Baxış sayı: 226
Açar sözlər:
...
Sodom şəhəridir ürəyim...bu gecə
darmadağın edəcəyəm-
içində
məni sevən
kimsə olmadı deyə...
içində
sevəcəyim
kimsə qalmadı deyə...
Baxış sayı: 107
Açar sözlər:
...
Uzaq-uzaqyolların arasına düşüm,
Uzun-uzun
qolların arasına...
İsti-isti
sözlərinə bürünüm,
İstə,
İstə,
gözlərinə qurban...
Baxış sayı: 99
Açar sözlər:
...
bu günpayız kimi soyuğam
payız kimi məğlub...
yarpaq-yarpaq tərk edirsən məni...
damla-damla gedirəm səndən...
mənə toxunma...
üşüyərsən...
Baxış sayı: 104
Açar sözlər:
...
Mənsəninçin öldüm,
sən də
özünçün...
Beləcə
ölüb qurtardıq
dinozavrlar
ölüb qurtaran kimi...-))
Baxış sayı: 120
Açar sözlər:
...
Xırda-xırda,acı-acı
analgetik sevdalarla
aldadırıq başımızı...
Səni deyə bilmərəm
nə lazım ovutmağa,
mənə
ağır narkoz gərək
səni unutmağa...
Baxış sayı: 106
Açar sözlər:
...
Deyirəmbirdən çaşıb
zəng edərsən mənə,
dünya dağılar...
Amandı, eləmə,
dünyaya yazığın gəlsin,
mənə yox...
Baxış sayı: 86
Açar sözlər:
...
Mənölmək yox,
səndən
bir dünya o tərəfə
qaçmaq istəyirəm ...
içimdəki
intihar həvəsi
elə güclü ki...
səni bezdirib
qatil edə bilərəm...
Baxış sayı: 86
Açar sözlər:

