Ağrı...

Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.
- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh...aaaayyyyy...ayallaaaaaahhh...
- Suyu səhərdən gedib, -deyirdi mamaça., - on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.
- Yox, həkim lazım deyil...-dedi o.
- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı
Daha bir sancı dalğası gəldi.
Baxış sayı: 59
Açar sözlər:
Cırcırama öpüşü...
Bu hekayənin bəzi hissələrini digər əlavələrlə oxudunuz...amma orijinalı və tam mətni budur.. Dinin, mistikanın, fantastikanın, ezoterikanın, paralel dünyaların, oxşarlarımızın və bədənimizin yeddi qatından keçən yad auraların ruhumuza təsiri haqda çox şey yaza bilərəm, hətta yazıram da...bu hekayədə isə içimdə olanların çox cüzi bir payını ayırmışam və hesab edirəm ki, daha ağır yazılar üçün oxucunu çəkib aparmaqda bu hekayə ilk pillə rolunu oynayacaq...
Belə...
Bu siz, bu da...cırcırama öpüşü...rəyləriniz olduqca maraqlıdır, çünki nəsrlə zarafat etmək olmaz deyə düşündüyümdəndir ki, yazılarımın bəlkə mində birini oxumanıza imkan yaradıram...
*** *** ***
Davamı...Baxış sayı: 51
Açar sözlər:
Zazunun anası...
Biz təzə evə köçəndə ilk qarşımıza çıxan o oldu. Gözləri qaynayan, əndamı oynayan birisi idi. Mənə “xoş gəlmisiz” desə də gözləri yoldaşımın ora-burasını ölçməklə məşğul idi.Sonralar onu hər gün görməyə və eşitməyə məcbur olduq.
Hər səhər saat 5-6 arası onun beş yaşlı oğlu əlində batareyalı əcaib siqnal səsləri çıxaran oyuncaq maşın rulu , binanın və ətrafdakı həyət evlərinin sakinlərini oyadırdı. Demək, bir məhəllə yuxarıda, şəhərin Kiçik Bazar məhəlləsinin başlanğıcındakı məscidin günbəzindən İran azançısının fanoqramı verildimi, bu uşaq da əlində həmin rul, dörd mərtəbə düşüb həyətdə binanın ətrafına dövrə vurar, siqnal verə -verə özü də maşın səsi çıxarar, sonra isə həyətdəki su quyusunun yanında oturub ucadan muğamat oxumağa başlayardı. Davamı...
Baxış sayı: 94
Açar sözlər:
Elə-belə - 2...
Bağdakı naringi ağaclarını yoluşdurub hələ yetişməmiş meyvələrindən qarnına doldura-doldura nar ağaclarına tərəf gedirdi.Ayağı nəyəsə ilişdi. Az qala yıxılacaqdı. Yıxılmadı. Amma çeçədi. Yetişməmiş naringinin turş şirəsi boğazına od qoydu. Haçandan- haçana özünə gəlib nifrətlə naringi ağaclarına baxdı. Ona elə gəldi ki, ağaclar qəhqəhə çəkib onun halına gülürlər. Hətta bu qəhqəhələrdən qulaqları batacaqdı az qala. Əllərini qulaqlarına sıxıb yerə çöməldi. Gözlərini yumdu. Bir anda onlarla, yüzlərlə, minlərlə əl daraşdı ona. Hə, gözlərini açanda elə beləcə də gördü. Bəyaz, bir qədər də solğun əllərin hücumuna məruz qalmışdı. Saçlarını, ayaqlarını, qollarını dartışdırır, əynindəki donun ətəklərini qaldırıb vücuduna pərçim olurdular. Onlara müqavimət göstərə bilmirdi. Bu saysız-hesabsız əllərin heç bir əxlaqa sığmayan təcavüzünü saysız-hesabsız af-uflar, iniltilər, sözlərini aydın eşidə bilmədiyi ehtiraslı pıçıltılar müşaiyət edirdi. Hiss elədi ki, artıq donu da, alt paltarları da əynində yoxdur. Yerdəydimi, göydəydimi, anlaya bilmirdi. Uçuşan, oynaşan bəyaz əllər onun bədənini başqa heç nə ilə təmasda olmağa imkan vermirdi. Amma bilirdi ki, üzü göylərə sarıdır. Davamı...
Baxış sayı: 807
Açar sözlər:
Elə-belə...
...Dərslərini hazırladı.
Nənəsi də axşam namazını qıldı.
Sonra nənəsinin bişirdiyi daşma plovla ət şamilərini yeyib üstündən ovdux içdilər və “Allah, Məhəmməd ya Əli” deyib küçəyə çıxdılar.
Nənəsinin rəfiqələri də öz nəvələrini böyürlərinə salıb yola düzəlmişdilər.
Bu axşam kəndin bütün yolları alverçi Şamamanın təpə başındakı ikimərtəbəli evinə aparırdı...
Və bu axşam kəndin bütün yollarında qoca-qoca nənələr və onların bellərinə bağladıqları damalı yun şalların saçaqlarından yapışan balaca-balaca qız uşaqları vardı. Bu balaca qız uşaqları bu qoca nənələrin söhbətləri ilə yatır, oyanır, yemək yeyir, su içir, nəfəs alır, bir sözlə, bu söhbətlərin yaratdığı balaca dünyanın içərisində yaşayaraq böyüyürdülər...
Bu günkü yol söhbəti qonşu kəndlərin birində peyda olan ruh haqqında idi. Nənələr bir-birlərinə aman vermədən bu narahat ruhun hər axşam kənd qəbristanlığından çıxaraq bütün evlərin həyət qapılarına özünü çırpıb yanıqlı səslə ulamağından , ruhun ayaq səslərinin belə eşidildiyindən danışırdılar. Nənələr deyirdilər ki, yəqin bu da yataraq ölü kimi görünənlərin biri kimi tələsik basdırılanlardan olub, sonra qəbirdə ayılaraq qorxudan ürəyi partlayıb, odur ki, indi ruhu rahatlıq tapa bilmir.
Davamı...
Baxış sayı: 130
Açar sözlər:
Axı mən səni sevirəm...
…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər…Qadınların hər zaman kişilərə yazığı gəlir. Qadallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Davamı...
Baxış sayı: 139
Açar sözlər:
Co üçün
Bir az Parisdən danış...O zərif qadın qırığından...
O uzaq may səhərindən...
Günəşin təbəssümü də ötən günkündən daha istiydi, onun əlləri də.
Davamı...
Baxış sayı: 112
Açar sözlər:
Depressiya
Hərdən
gecələrin soyuğuna
bürünüb də düşünürəm,
görəsən
sən
qadını
necə sevirsən?…
***
Yalan deyirdi.
Gözlərinin içinə qədər yalan danışırdı.
Gözlərinin içinə baxa-baxa aldadırdı onu.
Ağzında çeynədiyi, əlində qopartdığı, süfrədə üzünə baxan çörəyə də yalandan and içdi.
- O, mənə zəng eləmir , - dedi.
Onun başqa qadını olması fikrindən çox yalan danışması yandırırdı qadını. Axı bu yalanın mənası nəydi? Yalnız əlində olanları itirmək qorxusumu vadar edir insanı yalan danışmağa? Yox? Bəs nə? Nə?..
- Sənin menstruasiyan bitmədi?- pencəyini geyinə- geyinə soruşdu.
Davamı...
Baxış sayı: 159
Açar sözlər:
Hamilə
Hər şey uyğun gəlir... Hamiləliyin ilkin əlamətlərinin hamısını görürəm özümdə. Artıq neçə gündür səhərlər güclü ürəkbulanması hiss edirəm. Döşlərim şişib, toxunanda ağrayır. Qarnımın aşağısında da küt ağrılar var. Bu, böyüməkdə olan rüşeymə uyğun olaraq uşaqlıq divarlarının dartılıb genişlənməsi deməkdir...Mən onun atasını taparam, mütləq taparam...Ola bilməz ki, bu uşaqdan imtina eləsin. Düzdür, o, tək deyildi...Onlar bir dəstə idilər. Gecənin qaranlğında bir yerdə gəzən quduz, yiyəsiz küçə itləri kimi cumdular üstümə...
Davamı...
Baxış sayı: 128
Açar sözlər:

