Reklam verin!
 CavidAn - səhra küləyi... : Əbədi An varmı...? Bəlkə inanaq...?!

Navigation


RSS: Yazılar



Dəniz və Sən...

İyun 30, 2008 11:25, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(3)

Heç bilmirəm
səninçinmi darıxıram
ya dənizçin...
içimdə
dəli bir ağrı,
ağrılarımda
dəli bir mən,

sənin yaddaşında
ağrılı bir dəli...

 Davamı...
Baxış sayı: 151
Açar sözlər:
Bookmark and Share


Onda və İndi...

İyun 30, 2008 11:20, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(4)

Hər şey gözəl idi onda
və sən sevimli
səni
Tanrım saydım axı...

cənnət qoxuyurdu saçlarım...

 

 Davamı...
Baxış sayı: 127
Açar sözlər:
Bookmark and Share


Bətndən bətnə...

İyun 27, 2008 16:32, Şeirlər, ryabina, Şərhlər(8)

Ən çətin anlarımda
qıvrılıb
sol böyrümün üstündə
uzanmaq,
dizlərimi köksümə yığmaq,
əllərimi
alnımdaca cütləşdirmək,
gözlərimi yummaq

qəlbimin çırpıntılarından
qurtulmaq,
qurtulmaq,
qurtulmaq
istəyirəm...

 Davamı...
Baxış sayı: 148
Açar sözlər:
Bookmark and Share


Xatirələr...

İyun 27, 2008 16:25, Şeirlər, ryabina, Şərhlər(1)

Bu olmuşdu. əzizim...

mənim
doğulduğum gündən
bir ya iki il öncə
biz
sənin maşınında
qəzaya uğramışdıq...

başımdan aldığım zərbə,
üzüm boyu axan qan,
bir də səsin
hələ də yadımdadı...



 Davamı...
Baxış sayı: 100
Açar sözlər:
Bookmark and Share


Sevimli dad...

İyun 6, 2008 10:15, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(10)

Ay sevgilim,
üçcə gününü yaşamaq
beşcə günlük dünyanın
beşinci mərtəbəsində
ikimiz
birlikdə
üçcə gün
ikilikdə...

Vay sevgilim,
sən
dördüncü dəfə öl

beşinci bədəninlə
beşinci ruhumu sev...

 Davamı...
Baxış sayı: 281
Açar sözlər:
Bookmark and Share


Rəsm dərsi...

İyun 3, 2008 9:43, Şeirlər, ryabina, Şərhlər(9)

Çək,
öncə bu kahanın divarlarına
pəncərələr çək...
birində günəş,
birində ay, ulduzlar,
birində ağac budağı
və baharın ilk günü olsun...

sonra
boyun bərabərində
çiyinlər çək
başını qoymaq üçün

 

 Davamı...
Baxış sayı: 225
Açar sözlər:
Bookmark and Share


Son SÖZün xətrinə...

İyun 1, 2008 10:14, Şeirlər, ryabina, Şərhlər(3)

...hündürlükdən atılmaqla
Intihar edənlərin yarışında
Yerə ən tez çatan da qalibdi...
(Salam)

Min il sonra,
ya milyon il
qara, dolmuş buludlara baxaraq
son şeirimi pıçıldayacam
son duam tək
son kişinin xətrinə...

Dünya
onu canı kimi sevənlərə
"CAN" demir ki,
Salam Sarvan...

 Davamı...
Baxış sayı: 164
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 7   

Blog Haqqında

ryabina
...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites