"Cəhənnəmdə bitən çiçəklər"dən...
Nə zaman kikim olduğunu
bilmək istəyirsən,
və
sonra bunu
hər kəsə bildirmək...
o zaman
heç kəs səni
tanımaq istəmir,
və
kim olduğunu
unutdururlar sənə
səni tək buraxaraq...
nə zaman ki
sevdiyin şəhərin fahişəxanaları
qapılarını taybatay açır üzünə,
və
hər saatının
qiymətini bilincə
Davamı...
Baxış sayı: 181
Açar sözlər:
Qara və Gilə dastanından...
...bu otağım,bu yatağım...
bu ocağım,
bu qucağım...
gəəl...
qapıda dayanma...
Davamı...
Baxış sayı: 144
Açar sözlər:
Gərək olmaq...
Hamımızın içindətək bir şüar səslənir -
Kiməsə gərək olmaq...!
Evdə gərək olmasaq.
çölə can atarıq,
işdə gərək olmasaq,
sevgili taparıq,
guya ona gərək imiş
baxışlarımız,
ağuşlarımız...
bir azdan duyarıq
köhnə corab kimi atıldığımızı...
başlayarıq
siyasətə-zada girişməyə,
Davamı...
Baxış sayı: 116
Açar sözlər:
Almalı nağıl...
Biri vardı,Biri yoxdu...
Bir Taxta vardı...
Taxtanı bəzədilər,
Adını "Taxt" qoydular... Davamı...
Baxış sayı: 121
Açar sözlər:
Toy...
Daha bir toy çalınacaq...oynayacaqlar,
oxuyacaqlar...
neçə nəsil adam
işindən və gücündən
qaçıb gələcək bu toya
nə var ki,
Davamı...
Baxış sayı: 394
Açar sözlər:
Adamlar və qadınlar...
TanrıAdam yaratdı
palçıqdan -
Öz surətində.
Öz ruhunda...
Tanrı
Qadın yaratdı
Adamdan -
Adam surətində,
Adam ruhunda...
Davamı...
Baxış sayı: 290
Açar sözlər:
Elə-belə...
...Dərslərini hazırladı.
Nənəsi də axşam namazını qıldı.
Sonra nənəsinin bişirdiyi daşma plovla ət şamilərini yeyib üstündən ovdux içdilər və “Allah, Məhəmməd ya Əli” deyib küçəyə çıxdılar.
Nənəsinin rəfiqələri də öz nəvələrini böyürlərinə salıb yola düzəlmişdilər.
Bu axşam kəndin bütün yolları alverçi Şamamanın təpə başındakı ikimərtəbəli evinə aparırdı...
Və bu axşam kəndin bütün yollarında qoca-qoca nənələr və onların bellərinə bağladıqları damalı yun şalların saçaqlarından yapışan balaca-balaca qız uşaqları vardı. Bu balaca qız uşaqları bu qoca nənələrin söhbətləri ilə yatır, oyanır, yemək yeyir, su içir, nəfəs alır, bir sözlə, bu söhbətlərin yaratdığı balaca dünyanın içərisində yaşayaraq böyüyürdülər...
Bu günkü yol söhbəti qonşu kəndlərin birində peyda olan ruh haqqında idi. Nənələr bir-birlərinə aman vermədən bu narahat ruhun hər axşam kənd qəbristanlığından çıxaraq bütün evlərin həyət qapılarına özünü çırpıb yanıqlı səslə ulamağından , ruhun ayaq səslərinin belə eşidildiyindən danışırdılar. Nənələr deyirdilər ki, yəqin bu da yataraq ölü kimi görünənlərin biri kimi tələsik basdırılanlardan olub, sonra qəbirdə ayılaraq qorxudan ürəyi partlayıb, odur ki, indi ruhu rahatlıq tapa bilmir.
Davamı...
Baxış sayı: 130
Açar sözlər:
Dankoların paradı...
Hə, dostum, bir az da Dankodan danışaq...Dankonu xatırlayırsanmı?
O, Maksim Qorkinin "İzergil qarının nağılları"ndakı qəhrəmanlardan biridir.
Müsibətə düçar olmuş bir dəstə insanı zülmətdən çıxarmaq üçün öz ürəyini məşəl edərək də onlara yol açan, onları işıqlı məkana çıxaran Danko...
Zülmətdə olarkən yalvarıb da ardıyca getdikləri Dankonu işıqlı məkana çıxan kimi unudan kütlə o qədər sevincək olur ki, hətta onun ürəyini də tapdalayıb söndürdüyünün fərqinə varmır...
Davamı...
Baxış sayı: 163
Açar sözlər:
...
Sodom şəhəridir ürəyim...bu gecə
darmadağın edəcəyəm-
içində
məni sevən
kimsə olmadı deyə...
içində
sevəcəyim
kimsə qalmadı deyə...
Baxış sayı: 107
Açar sözlər:

