Reklam verin!
 CavidAn - səhra küləyi... : Əbədi An varmı...? Bəlkə inanaq...?!

Navigation


RSS: Yazılar



Axı mən səni sevirəm...

Mart 31, 2008 11:01, Nəsr, ryabina, Şərhlər(5)

…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər…Qadınların hər zaman kişilərə yazığı gəlir. Qadallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…



 Davamı...
Baxış sayı: 139
Açar sözlər:
Bookmark and Share


Reinkarnasiya...

Mart 30, 2008 10:01, Köhnə qələtlər..., ryabina, Şərhlər(3)

Bu mənim əllərim, bu ayaqlarım,
Bu mənim topuğum, bu da dizlərim,
Bu mənim tellərim, bu barmaqlarım,
Bu da ki, arxamca ayaq izlərim...

 Davamı...
Baxış sayı: 132
Açar sözlər:
Bookmark and Share


Səngər uşaqlarına...

Mart 29, 2008 3:24, Publisistika, ryabina, Şərhlər(6)

Və yaxud adi, kasıb yanıltmac

Siz ey kasıb azərbaycanlı, gürcü, erməni, abxaz və sair və ilaxır millətlərin balaları...
Siz ey həyatındakı ilk kostyumu hərbi əsgər forması olan cavanlar...
Siz ey dini mərasimlərdə və qohum xeyir-şər məclislərində ət yeməyi dadıb indi hər gün mal tuşonkasına tuş gəlib sevinənlər...
Pozmayın atəşkəsləri...
Atmayın ölkələriniz üçün sizdən daha qiymətli olan qurğuşunları bir-birinizə...
Qarşı səngərə baxın...
Hər birinizin qarşısında öz əksi dayanıb – özünə qarşı...
Zatən bu dünyanın bütün kasıb uşaqları bir-birlərinə bənzəyirlər...
 Davamı...
Baxış sayı: 123
Açar sözlər:
Bookmark and Share


1 aprelvari...

Mart 27, 2008 12:45, Publisistika, ryabina, Şərhlər(1)

"Alma"dakı bir yazımın bu gün bir yaşı tamam oldu...-))

*****************************


Ezizinem,a bala,mart chixdi,

Mart chixdi,ay aqrin alim,derd chixdi...

Burada da bir ''uy,aman,aman''eleyib shikestemi kesirem.

Ve qetiyyen umummilli olmayan atamin sozunu xatirlayiram:

Gulmek gulmekdir,

hirildamaq ne demekdir?

 Davamı...
Baxış sayı: 103
Açar sözlər:
Bookmark and Share


Azart...

Mart 22, 2008 18:46, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(3)

Bir gecə sevdiklərin
kazino quracaqlar
oynamağa heç nələri olmaz
həvəsdən başqa
sənin taleyini
seçib qoyacaqlar qumara
günahın
oyuna qoşulmamağın olar  sadəcə...
axı sən hara,
kazino hara... Davamı...
Baxış sayı: 146
Açar sözlər:
Bookmark and Share


Kənddə qız toyu...

Mart 22, 2008 18:36, Bu şeir deyil...!-)), ryabina, Şərhlər(2)

Məsəl var
"qızı özbaşına qoysan
ya halvaçıya gedər, ya da zurnaçıya..."
misal da var.
qız yiyəsini özbaşına qoysan,
qızı ya əmioğluna verər,
ya da xalaoğluna...
Mağar qurub
qıza bir toy tutarlar ki,
adı yadından çıxar,
qəlbindəki sevgisinin
gizli-gizli alışan
odu yadından çıxar...
bir beşmanatlıq
müğənni də
kiloluq makiyajıyla
zərli paltarını əsdirər
sərxoş çalğıçıların dombalmş gözləriyçin...
 Davamı...
Baxış sayı: 100
Açar sözlər:
Bookmark and Share


...ikinci kədər...

Mart 22, 2008 18:11, Şeirlər, ryabina, Şərhlər(6)

Qadın
Sevərkən
Gözlərini yumar
Gözləri açıqdırsa,
sevmir demək...
Kişi
Sevərkən
Qadının üzünə baxar
Baxmırsa,
Özgəsini düşünür demək...

Bizim variantda...


 Davamı...
Baxış sayı: 149
Açar sözlər:
Bookmark and Share


Axır çərşənbə...

Mart 18, 2008 21:47, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(4)

Axır çərşənbəniz mübarək olsun...
 
Baxış sayı: 117
Açar sözlər:
Bookmark and Share


Sən demə...

Mart 16, 2008 20:11, Köhnə qələtlər..., ryabina, Şərhlər(5)

Bu baharın çağlayan dəli seli imişsən,
Bu nə dağ, bu nə daşdı məni də saldın, canım?
Sən demə mənim kimi sən də dəli imişsən,
Necə oldu bu səhər boynuna aldın, canım?

 Davamı...
Baxış sayı: 131
Açar sözlər:
Bookmark and Share


Qurtuluş...

Mart 16, 2008 20:07, Şeirlər, ryabina, Şərhlər(2)

Balaca bir uşaq
ad gününə alınmış,
dar qəfəsə salınmış
xırdaca bir quşa
baxıb da pıçıldar:
-balaca quş,
a balaca quş...
anan üçün darıxdınmı?
mənim anam gəlməmiş
açım, buraxım səni,
balaca quş,
qurtul...uç...
a balaca quş...

 Davamı...
Baxış sayı: 109
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 15    Sonrakı səhifə »

Blog Haqqında

ryabina
...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites