20 yanvar...
Əziz bloq oxucuları...Bu ümumxalq hüzn günündə Bakıda yaşayıb Şəhidlər xiyabanına getmək imkanı olanlarınızın hər birindən o məzarların önündən keçərkən mənim də əvəzimə bir dəfə “Allah rəhmət eləsin” pıçıldamağınızı xahiş edirəm...
Son hüznümüz olsun...
Baxış sayı: 119
Açar sözlər:
Neft pulları...
Uşaqlar bizim gələcəyimizdir.H. Əliyev
Çoxdandı köşə yazmıram...
Yazı – pozuyla bağlı tənbəlliyimi də, indiyədək yazdıqlarımın və bundan sonra yazacaqlarımın oxuculara nə verə bildiyini və nə verə biləcəyini götür-qoy etdikcə pəjmürdəhal olmağımı da, barmaqlarımın klaviaturaya yatmamağını da havalara bağlayıram...Qışdır, soyuqdur, vəssalam...
Amma mənim tək bircə sadiq oxucum var ki, onun xətrinə ətrafda olan bütün mövzulara əl atıb nəsə, heç olmasa nəsə də yazmağa dəyər...
Mövzu demişkən... Davamı...
Baxış sayı: 196
Açar sözlər:
*** ***
Bu dünyadaKimsə bilmədi səni sevdiyimi
O dünyada rüsvay olacağam
Tanrıya hesabat verirkən
Mələklərin
Gizli kameralarında
Günlərim görünəcək bir-bir
Və
Hər günün fonunda
Sənin əksin...
Baxış sayı: 101
Açar sözlər:
Görək nolur...
Bir adını yüz dedilər,Qalmadı o söz, dedilər,
Ürəyinə köz ələyib
Sənə elə “ Döz! dedilər...
Döz, ey xalqım...
Görək nolur...
Davamı...
Baxış sayı: 143
Açar sözlər:
*** ***
Yenə də qəm, yenə hicran,Dözmür daha bu yazıq can,
Aman Allah, dörd bir yandan
Yenə dərd gəldi üstümə...
Davamı...
Baxış sayı: 103
Açar sözlər:
*** ***
Gözlərimi, sevgimiİntizarda qoymusan,
Yıxmısan eşq evimi,
Bir dəlisov çaymısan?
Adın daim dilimdə,
Köhnə şəklin əlimdə,
Davamı...
Baxış sayı: 98
Açar sözlər:
Qəzəl...
Bağa qılmısan hərgizKəmanın inkar etmə...
Nəsimi
Bağa qıldım, ey Nəsimi, gəl də gör kəmanımı,
Söndürə bilməz bu dünya qəlbimin həqq şamını...
Davamı...
Baxış sayı: 117
Açar sözlər:
Qar...
Bu qar niyə yağdı axı?Tutdu yolu, bərəni,
Segah üstə,
Ağlar-ağlar,
Muğam kimi yağdı bu qar...
Dəli qardaş kmidir,
Xain dost kimi...
Ürəyimi donduracaq az qala
Bu qar
Niyə yağır belə?
Bir addımlıq ümidimi,
Bir nəfəslik arzumu
Ağ ölüm tək boğur...
Kimsənin anlamadığı
Mentalitet kimidir, Davamı...
Baxış sayı: 111
Açar sözlər:
Bizi mütiliyə necə öyrəşdirirlər...
Uşaq ədəbiyyatının tərbiyəvi əhəmiyyətini inkar etmək üçün pedaqogikadan, psixologiyadan, hətta uşaqları sevə bilmək qabiliyyətindən də uzaq olmaq bəs edər. Bir də bəs edər ki, böyüməkdə olan nəslin tərbiyəsində mühüm rol oynayan amillərdən birinin yeri boş qalsın. Bu boş qalmış yerə inanın ki, tərbiyədən başqa hər şey gəlib doluşa bilər.
Problem ondadır ki, uşaq ədəbiyyatı dedikdə çoxlarının fikrindən məhz nağıllar, əfsanələr, qədim dövrlərdən qalma nənə-baba söyləmələri keçir.
Özümüz belə böyüdük. Uşaqkən bizə oxunan ədəbiyyatın təməli əsasında yeniyetmə dövründə oxuyacağımız əsərlər üçün zəmin yarandı. Beləcə, uşaq heyrətimiz yeniyetmə marağına, yeniyetmə marağımız gənclik çılğınlığına çevrilə-çevrilə, bu günümüzə gəldik çatdıq. İndi isə, buyurun, hərəniz öz uşaq dünyanıza xəyalən dönün və bugünkü ədəbiyyatdan nə tələb etdiyinizin səbəbini məhz uşaqkən beyninizə hopdurulan “uşaq ədəbiyyatı”nda axtarın.
Məsələn, əlahəzrət poeziyadan başlayaq...
Davamı...
Baxış sayı: 147
Açar sözlər:

