Şeytanın iş günü...
Bu səhər
bir çiçək əkəcəkdim,
bir adam var,
ona gülümsəyəcəkdim
və yay küləklərinə
pıçıltıyla, aram-aram
bir şeir söyləyəcəkdim...
Amma...
Yer üzünü
bir çiçək qoxusundan,
bir ürkək təbəssümdən
və bir eşq etirafından
məhrum etdi
tənbəlliyim...
Və...
dünyanın pislikləri
bir çiçək,
bir təbəssüm
bir eşq qədər
güclü oldu...
Mən
şeytana işlədim bu gün
tənbəlcəsinə...
Baxış sayı: 314
Açar sözlər:



Salam dost. imkanın olsa bu kitabın reklam kodunu bloquna yerləşdir. sevinərəm.
<div style="width:1000px; text-align: center;"><embed type="application/x-shockwave-flash" wmode="transparent" src="http://w378.photobucket.com/pbwidget.swf?pbwurl=http://w378.photobucket.com/albums/oo222/parviz_photos/6036e58f.pbw" height="240" width="320"><a href="http://photobucket.com/slideshows" target="_blank"><img src="http://pic.photobucket.com/slideshows/btn.gif" style="float:left;border-width: 0;" ></a></div>
Avqust 29, 2008 14:06
Salam, Pərviz...
Yeni kitabın mübarəkdi deyək...
Reklam artıq var, sevin nə qədər istəyirsən...-))
Kitabı səbirsizliklə gözləyirəm Səttarxan 13 də...
Avqust 29, 2008 20:28
Sonsuz təşəkkürlər. həm də gözəl yerdə yerləşdiribsən.
Kitabını sabah, ya da bazar günü yollayacam.
3 manat səndə...
Allah qoysa sənin kitabının reklamını özüm hazırlayacam.
Avqust 29, 2008 22:06
Allah qoysa təbii...-))
Avqust 30, 2008 11:07
un saluto da scorzè, il paese dell'acqua.
peace and freedom
http://www.arachesostufodue.blogspot.com
Sentyabr 3, 2008 18:56
Çox bəyəndim. əllərinə sağliq.
Gözəl deyim tərzin var.
uğurlar
Sentyabr 9, 2008 22:15
Çox təşəkkür edirəm, Mehman bəy...
Sentyabr 10, 2008 13:07
super. abstrakt tefekkur, maraqli fikir, qeyri adi sher ve daha neler
Sentyabr 14, 2008 11:10
Salam
Mən bu şeri oxuyarkən daxili aləminizin zənginliyinə heyran qaldım. Yazılarınızda məna yükü və onun ağırlığı duyulmaqdadır. Buna görə ancaq tebrik etmək olar sizi.Ümidvaram ki, qarşılıqlı gözəl paylaşımlarda bulunacayıq.
Oktyabr 30, 2008 17:21
Salam..
Təşəkkür edirəm..
Mən keçib sizin bloqunuza baxdım və elə bloqun adı da məncə bu şeirlə üst-üstə düşür, eləmi...?-))
"Susmanın xəyanətə bərabər olduğu an gəldi" - belədir bloqun adı..
Uğurlar...
Oktyabr 30, 2008 22:09
Salam..
) İndi həqiqətən də susmanın xəyanətə bərabər olduğu bir dövrdə yaşayırıq.Əyrini-əyri düzü-düz göstərənlər yaddaşlarda qalacaq, mənasını dərk etməyib hər şeyə çəpik çalanlar isə arxivlərdə...
Bəli, hardasa
Noyabr 2, 2008 14:05
gel,
otur yanıma,
tembellik edelim biraz...
ben susayım
sen dinle
sonra denize bak,
en güzel yerlerine deysin bakışın,
(en mahrem yerine deyer gibi bir kızın)
martılar havalansın bakışlarından...
bir sigara,
bir yudum şarap,
gelincikler açsın dudaklarında...
şiirler okuyalım bir birimize nazım'dan
susarak...
hadi bu gün hiç bir şey yapalım,
tembelleşelim.
ve hiç birşey
sevindirip şeytanı...
Noyabr 18, 2008 7:42