Reklam verin!
 CavidAn - səhra küləyi... : Nostalji...

Navigation


RSS: Yazılar



Nostalji...

Avqust 11, 2008 18:32, Məktublar, ryabina, Şərhlər(0)

Ötən gün anamgilə getmişdim...
Bilirsən, sənə demişdim ki, orda çox rahat oluram, hələ həyətdəki otlardan- çiçəklərdən yalnız qara-qıvrım saçlarımla seçildiyim zamanlardan çox illər ötüb...Daha anam məni itirmir otların arasında, daha qorxmur həyətin başından axan söyüdlü arxa düşüb boğulacağımdan...

Evimizin arxasından qonşularımıza bir balaca cığır gedirdi. indi də durur...amma vaxtilə hər yaz gələndə, alça, gilas, şaftalı ağacları çiçəkləyəndə günüm bu cığır boyunca o tərəfə- bu tərəfə qaçmaqla keçərdi bəlkə. Gözlərimi yumub, qollarımı yana açıb ilk bahar mehinin üstümə səpələdiyi ağappaq çiçək yağışında itərdim...Və sonralar alçaların tumu bərkiməmiş anamdan gizlin onları ovuclayıb qonşu uşaqlarıyla xəlvətə çəkilib də yeməyimiz...sonra zəhərlənməyimiz...hələ yay gələndə o cığırı keçərkən bir ətrafa qorxa=qorxa boylanmağım ki, birdən ilan ola bilər yaxında...bir dəfə yadımdadır, addımımı atdım və qızılı rəngdə bir ilan yalın ayağımın üstündən sürüşüb otluğa girdi...Qorxumdan yerimdəcə donub qalmışdım, qaçmaq ağlıma da gəlməmişdi...Və sevdiyim söyüdlü arx...və sevdiyim tut ağacı..ötən gün mən budaqlarına toxundum əllərimlə, osa saçlarımı qarışdırdı həmən...mən uşaqkən daşın - torpağın - ağacın da dilini bilirdim sanki...və sevdiyim bənövşəli təpəlik...hər qışla yazın arasında həyətin bir tərəfindəki ən hündür yerlər boynubükük bənövşələrlə dolardı...bənövşəyi -yaşıl bir xalı sərilərdi sanki həyətə...mən ilk təxəllüsümü Bənövşə yazmadımmı onları sevərək...? İndisə yoxdu onlar, anam deyir ki, daha qış-yaz arası da olmurlar, "sən gedəli orda bircəsi də bitmir" deyir anam...Kədərlənirəm, amma həyətdəki otların-çiçəklərin arasından qara-qıvrım saçlarından tanıyıb ayıra bildiyim balaca qızıma gülümsəmək kədərimi bir andaca silib aparır...Mən haçan böyüdüm, anam...niyə, nə üçün böyütdün məni, necə qıydın bunu mənə, anam, necə...? Bax, Günəşin batmasını da seyr elədim...çoxdandı ona təbəssümlə "sabahadək..." demirdim...bəlkə görmürdüm onu çoxdandı, ona görə bu qədər qəribsədim yenə, hə? Səncə bu belədir..? Sonra evimizin lap yaxınlığındakı məsciddən gələn azan səsi...gözlərimi yumuram...içimdən nələrsə qopub sivişib itir...ötən illərin çirkabı, ağrıları, məğlubiyyətləri...mən indi o qədər balacayam, ya Rəbbim...o qədər sakitəm ki..."Gözlərim yumulu, ağzımı da qapaya biləydim kaş, qəhqəhələrimdən qulaqlarım tutulur...ayaqlarım sevmədiyim yerlərdən üzülüb, əllərim can atmadığım göylərdə oynayır...sinəm qalxır, enir, enir, qalxır...ürəyimdə dəcəl bir uşaq qaçır o yana, bu yana...addım səslərini eşidirəm...tup-tup...tup-tup...tut, tut, əlimdən tut, bacarsan əgər...məni görürsənmi? Nə rəngdəyəm? Nə boydayam? Köhnə, qədim bir şeirimi pıçıldayıram:" Saçlarımı küləklər oynadır, taleyimi fələklər..." Gözlərim yumulu, ürəyimdə dəcəl bir uşaq qaçır o yana, bu yana...sinəm enir, qalxır, qalxır, enir...Ya Rəbbim...nə qədər kiçikmişəm mən...nə qədər...bax, sadəcə cığırın başındayam yenə...içimdə qəribə bir hiss var, o qızılı ilanı gözləyirəm...hardasa bu yanlarda olmalıdı...gəlsin də bir də keçsin yalın ayağımın üstündən, bir də qorxumdan yerimdəcə donub qalım...bir də...bir də...bir də...

Və anamın səsi qaranlıqların o tərəfindən gəlir..."Evə dön, balaca qız, evə..."
_________________

Baxış sayı: 113
Açar sözlər:
Bookmark and Share




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

ryabina
İblis gəlir, Mələk gəlir
Sənə olan Tək Eşqimi almaq üçün,
Hərə bir cür kələk gəlir
Mənim üçün sadəcə Sən olmaq üçün...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites