Reklam verin!
Yuma Ailə Jurnalı
 CavidAn - səhra küləyi... : Sən nə üçün yazırsan...?

Navigation


RSS: Yazılar



Sən nə üçün yazırsan...?

İyul 16, 2008 9:34, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(11)

Aşıq olmasaq da, hərdən bizim də deməyə sözümüz olmur...Hal-hazırda belə isti günlərdə buralarda ağır- batman şeirlər qoyub sizləri yormaq da günah olardı...Görürəm ki, dostlar son şeirin şərh yerində şirincə söhbətləşirlər, dedim elə gəlib bir konkret mövzu ətrafında da fikirlərini bölüşsünlər, biz də darıxmayaq...

Beləliklə, mövzu...

 


Biz...nə üçün yazırıq...? Nə vadar edir, hansı qüvvə məcbur edir bizi bütün həyatdan azacıq da olsa bir kənara çəkilib elə o həmin həyatın da güclü-və ya zəif formada təsvirini ağlımızdan vərəqlərə və ya kompüterə köçürməyə? Bura yazan, burdan nəsə oxuyan, burdan elə-belə yoldan keçirmiş kimi baxıb keçən və burda yorulub əylənən, yazılarımızın və şərhlərimizin kölgəsində dincini alıb sonra gedən hər bir yazı adamından soruşuram...Sən nə üçün yazırsan...?

 Sualım şairlərə, yazıçılara, tənqidçilərə, tərcüməçilərə,  köşə yazarlarına, jurnalistlərə, musiqiçilərə və hətta rəssamlara da aiddir...

 Sən nə üçün yazırsan...?


Baxış sayı: 229
Açar sözlər:
Bookmark and Share



1
Rebiqe yazıb:

_)))))))))

İyul 16, 2008 10:13

2
BAXTIYAR E. yazıb:

bu sualin cavabini bilsen, yazmazsan.....

belke de bu qebul edilen enerjinin soz shekline salinmasidir. bu tebii zeruriyyet mecbur edir insani yazmaqa

İyul 16, 2008 14:02

3
J. yazıb:

Danishmaqa erinende yaziram...
Danishmaqa kimse olmayanda yaziram...
Yox, olmadi...

Yazmaq hissi bashqa hissleri usteleyende yaziram yeqin ki...
Bezen olur axi, her ne etsen bu an, yazmaqdan daha uqurlu olmayacaq, bax, o zaman da yaziram...
Yeqin buna gore de az yaziram...

İyul 16, 2008 19:45

4
Qadjiyev yazıb:

J, bu yaniltmacdi bele...? -))))

P.S. Men bu sherhi bekarchiliqdan yazdim...-))

İyul 17, 2008 0:13

5
Chilgin yazıb:

Ama men bu suala ciddi cavab vermek istiyirem...
Men dogrudan da olmemek ucun yaziram! Ne vaxt yaziram? - O vaxt ki... nece ki suzanda su icmek, acanda dadli yemek istiyirem, weir, yaxud nese yazmaga da qeribe bir ehtiyac yaranir. ele bil ki, dogrudan da hec neden xeberim olmur, bir de baxiram ki ne yazdigimi da bilmeden nese yazilib. Ama ne qeder desem de ki, o an ne yazdigimi bilmirem, sonra baxiram ki, sanki butun bildiklerim, oxuduqlarim, gorduklerim, yawadiqlarim, umumiyyetle mene dexli olan her wey burdadi ve onlar daniwir, gizli bir yerdeymiwler, textel-wuurdaymiwlar, parcalanib tokulurler...
Meselen, bezen men honkure-honkure yaziram, o weirler de agir olur. gah da bir de onda ayiliram ki, secdeye gedermiw kimi oturub yaziram... Ve en dadli an...yazilandan sonraki hezz ve onu kimese oxumaq ehtiyaci))
vopwim, eslinde super bir weydir...
evil evil

İyul 17, 2008 13:52

6
R.N yazıb:

Choxdandi yazmiram... ve yazacammi bilmirem... amma yene de sakit ve rahatam... indi daha chox yaxshi metn oxumaq isteyirem...

İyul 18, 2008 16:07

7
Şəms EL yazıb:

Mən insanlarla ünsiyyətdə olmaq üçün yazıram. Düşündüklərimi, hiss etdiklərimi hər kəs bilsin deyə yazıram.

Əgər kimsə sənin gündəliyini oxumayacaqsa, onu yazmağın nə mənası var? Onu sən bu dünyanı tərk edəndən sonra oxuyacaqlarsa, nə mənası var..?

İyul 26, 2008 9:22

8
Ryabina yazıb:

Bax, Şəms El, gəldin nəhayət...səninlə əməlli - başlı davam var, bilirsənmi?...-))
Ay qız, haralardasan sən? İzləyirəm, baxıram, şeirlərini heç yerdə görmürəm, nolub sənə? Ya mən yaxşı baxmıram, o bir qəzetdən başqa da hardasa dərc olunmusan?!
Elə beləcə də səssiz-səmirsiz qalma, bax, eşidirsənmi?
Bircə demə ki. daha qlobal layihələrin var və bir gün bomba kimi partladıb da hamımızı sevindirəcəksən...
Səni görmürəm, Şəms Elllllllllllll......!!!!!!!!!!
Haydı üzə çıx...!!!

**********

Cavablara baxıram...
Bu sualı görüncə Rəbiqəni həmən gülmək tutub...-))

Bəxtiyar E. çox maraqlı cavab yazıb - qəbul edilən enerjinin sözə çevrilməsiymiş yazmaq...

Jaləmiz daha nələr-nələr olmayanda yazırmış, elə ona görə də az yazırmış...-))

Qadjiyev...bekarçılıqdan bura gəlib hərdən şərh yazırmış...zira daha bekar deyil, deyəsən həftəsonu daha bir İlisu səfəri var...Yaxşı yol deyək...-))

Sevincin cavabı olduqca xoşuma gəlimişdi və həmən cavab yazacaqdım, nəsə qaldı yenə...Və məhz Sevinc məncə daha ciddi yanaşdı məsələyə burda, sonunda iki cangüdəninin fotosunu da bizlərə ərməğan etsə də...-)) Haqlısan, Seva...yazmaq super bir şey...

Ah, nəhayət Rəbişin gülmək pristupu bitincə yadına düşdü ki, əslində indi daha çox yazmaq yox, yaxşı mətn oxumaq istəyirmiş...deyəsən müdhiş bir qadın tənqidçimiz püxtələşməkdə axı artıq...-))

Və Şəms El...bax yazmasan...dərc olunmasan...parlamasan işim sənnəndi...-))

Özümə gəlincə...yazıram da.." mən də dünyanın balası...külək gətirəndən, yağış verəndən...yazıram şeirdir deyə...-))"
Hamınıza uğurlar, uşaqlar...

İyul 26, 2008 9:52

9
Şəms EL yazıb:

Ryabiş, o qəzetdən danışma sad

İcazəsiz dərc etdikləri yetməzmiş kimi, şriftlər də qarmaqarışıq! Hirslənmişdim, nə isə...

Düz deyirsən, son zamanlar heç nə yazmıram. Daha qlobal layihələr də yoxdur. Əslində var, amma hələ ki, onları həyata keçirmək üçün həvəs və stimul yoxdur. Payızı gözləyirəm, ilham pərimi...

İyul 27, 2008 12:16

10
R.N yazıb:

Mən bu gün başa düşdüm ki, əslində heç yerdə özümü yaxşı hiss etmirəm - şeirdə, nəsrdə, tənqiddə, qəzet yazılarında - heç birindəki mən deyiləm. və bunların hamısı mənasız axtarışlardır - mən öz yerimdəyəm axı - öz içimdə...
Nəysə... qəribə olan çox şey var

İyul 28, 2008 16:26

11

Peşəkar jurnalisin işini "yazmaq" hesab etmək əslində o qədər də düz deyil. Bu, sadəcə, peşədir. Evdar qadının yemək bişirməsi kimi, məsələn.

Amma evdar qadın yemək bişirəndə yaradıcı yanaşa, özündə kulinar istedadı kəşf edə və nəsə yeni, ləzzətli bir şey ortaya qoya bilər axı, deyilmi?!
( Hərçənd, belə hallarla az-az qarşılaşırıq smile )

Bax, jurnalistika də elə. Bir də görürsən, konveyer rejiminin işində insanı tərpədən, titrədən nəsə olur, hiss eləyisən ki, bu - artıq sırdan bir şey deyil; əl işidir, yaradıcılıqır. Və o yazını sevirsən. Axı o, səndən çıxıb. Doğmadır.

Amma bir məsələ də var.

Yazmağı bacaran adamın bədii cümlə qurmaq соблазн-ından ("həvəs" sözü burada istədiyim effekti verməzdi) kənarda qalması mümkün deyil. Mən də elə. Hərdən elə cümlələr (və fikirlər) yazmaq istəyirəm ki, onları məndən başqa heç kim yaza bilməsin. Bəzən bunu edirəm də. Amma axıra qədər üstündə işləmədiyim üçün hamısı yarımçıq qalır.

Əsl CÜMLƏ yazmaq çox çətindir. Əzabdır, zülmdür, deyərdim ki, məsələn, üzr istəyirəm, uşaq doğmaq kimi bir şeydir. Başqalarını bilmirəm mən şəxsən bədii cümlə yazanda истощяюсь - əldən düşürəm, ishal oluram, bütün enerjim tükənir... Daş daşımış kimi oluram. Elə bil, bədii cümlə adamın içini sorub çıxarır. Bəkə də sırf subyektiv hissdir, bilmirəm. Amma çox çətin işdir. Anlayıram, Markes niyə deyirdi ki, "mən hekayə üzərində işləyirəmsə, gündə cəmi bir cümlə yazıram". Çox yazsan, adamın atası yanar.



İyul 28, 2008 17:17


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

ryabina
İblis gəlir, Mələk gəlir
Sənə olan Tək Eşqimi almaq üçün,
Hərə bir cür kələk gəlir
Mənim üçün sadəcə Sən olmaq üçün...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites