Sevimli dad...
Ay sevgilim,üçcə gününü yaşamaq
beşcə günlük dünyanın
beşinci mərtəbəsində
ikimiz
birlikdə
üçcə gün
ikilikdə...
Vay sevgilim,
sən
dördüncü dəfə öl
və
beşinci bədəninlə
beşinci ruhumu sev...
mən
beşinci dəfə ölüm
dörd dəfə ölmüş bədən üçün...
Hə, sevgilim?
o bağ evi,
o sahillər,
o dostlar...
adı nəydi o oğlanın?
Sevimli dad?..
bəs adaşın?
adaşının adı nəydi,
yadındamı?
Saçı uzun
suray-suray gözəllər
basseynlər boyu üzər...
biri
90-65-86,
biri
80-63-96...
biz onlara
qaş eləyib,
göz eləyib
sağollaşaq,
taksi tutub evə dönək
və həyətdə
guruldasın Akif dayı:
- Hardasız, ə?!
Eh, sevgilim...
Akif dayını kif basıb,
o,
Bakselin
ən sevimli nömrəsindən
xəbərsizdir,
xəbərsizdir,
xəbərsizdir...
Baxış sayı: 280
Açar sözlər:


Bu sheirdi... -))
İyun 7, 2008 11:17
Cavidan xanım, burda niyə belə sakitlikdi?
İyun 12, 2008 7:40
Cavidan, her defe bura girib yeni sheir gormeyende dilxorchuluqdan gedib Sevimli Dad sosiskalarindan aliram... Besdir, qurtar meni sosiska-kolbasa yemekden, yeni sheirler qoy bura...
İyun 16, 2008 12:29
Cavidan, Akif dayiya deyim ki, onun adi sheire dushub..? Qorxuram ondan sonra adam-zad saymaya amma...))
İyun 16, 2008 14:59
Onsuz da son zamanlar "əmilər-dayılar" əndazələrindən çıxıblar,
Sayəmdə reytinqləri birə-min qalxır...-))
Akif dayını maç elə...-))
İyun 16, 2008 17:19
Seni chioxdandi gormurem... (yeni netde xettini, telefonda sesini)... Yaxshisanmi? Niye sheir yoxdu? -))
Yoxsa, musabiqeden sonra sende de menim kimi qorxu yaranib? Ciddi deyirem, adam oz gushesinde oturub sakitce yazanda daha asan idi sanki...
Gorun de arada... Biz de darixmayaq. Ya da en yaxshisi, teze sheir qoy bura...
Yoxsa oxucular yigishib Lenkerana yurush edecek, xerce dusheceksen. -))
İyun 17, 2008 12:10
Xerci menim boynuma...-))
İyun 17, 2008 15:42
Bəlkə yuxrıdan mesaj gözləyirsən? Elədirsə, xəbər elə...
İyun 18, 2008 12:31
salam
qaldırım ayaqlarının altında yeni bir bloq achmişam və sizin sevimli ayaq izlərinizi habelə dəyərli sərhlərinizi gözləyirəm.
buyurun lütfən
elyad musəvi
İyun 21, 2008 15:02
Səlam!
Ankarada yaşayan bir Təbriz qızıyam.
Sizi iki blogın görməyinə çağırıram.Biri öz blogım,biri isə Təbrizli şa`ir və yazıçı Rza Əfşarın:
http://ovshar.azeriblog.com/
Hörmətlə...Sara
İyun 23, 2008 14:53