Rəsm dərsi...
Çək,
öncə bu kahanın divarlarına
pəncərələr çək...
birində günəş,
birində ay, ulduzlar,
birində ağac budağı
və baharın ilk günü olsun...
sonra
boyun bərabərində
çiyinlər çək
başını qoymaq üçün
sonra
barmaqların qədər
şırımlar...
təkrar-təkrar,
dönə-dönə
saymaq üçün...
illərini,
günlərini,
anlarını
onca barmaq şırımında
sayıb bitir...
Sonda isə
bu zindanın
ən qaranlıq tərəfində
ən sonuncu
şedevrini yarat
açıq qapı çək orda...
ilk əsərin -
bu qaranlıq kahadan
qurtul
və get
üfüqlərdən
təzə boya almaq üçün...
Baxış sayı: 224
Açar sözlər:


Deyəsən, hamının nitqi quruyub day.
Heç kim heç nə yaza bilmir
Gözəl şeirdi.
İyun 3, 2008 15:59
Cixilmazliqin obrazi yaxshi tapilib.
Amma yene de seirde heyat azdir. Gorunur, Cavidan oz icerisini oz etrafindan daha cox nezerden kecirir. Ona gore de seirde ancaq seir var, vaxt yoxdur, muhit yoxdur(amma poetik muhit var), unvan yoxdur (amma poetik unvan var)
Cavidan x, istedad helledici deyil, helledici istedaddan nece istifade etmekdir.
Istedadin rentabelliyi ise heyati yazanda uze cixir.
P.S.
Mene email gondermeyin, ele sozunuz varsa Sizin saytda muzakire edek.
İyun 3, 2008 16:42
Sağ ol ki gəldin, Balacam...darıxmışdım burda...Gözəl də günün olsun...
Elmir bəy, təşəkkür edirəm gəlib oxuduğunuz və şərh yazdığınız üçün...
Amma məzəniz olsun, elə yazmısınız ki, "mənə e mail yazmayın"...-)) Camaat elə bilər mənim günüm-güzə
ranım sizə məktub yazmaqla keçir...-))
Qaldı şeir haqqında fikirlərinizə...məndən yazmaqdı, sizdən orda ruhunuzun gözləriylə nəyisə görə bilmək və ya görə bilməmək...Eyni bir nöqtəyə də milyon nəfər milyon rakursdan milyon cür baxıb milyon cür görərək milyon fikir yürüdə bilər...
Tez-tez gələ bilərsiniz...-))
İyun 3, 2008 17:08
Aydindir. ola biler, men neyise sehv salmisham.
Bu narahatliq ucun esas olubsa,
uzrxahliqimi qebul edin.
Yazmaqinizda olun.
İyun 3, 2008 21:39
Cavidan xanim, eladi... cox ela...
Balaca, seninle raziyam...
Elmir, ozunu coxbilmish gosterneye chalishma.. Alinmir... Xoshun gelmirse bloga girmeye ve oxumaya bilersen... Bu ki, chox sadedir...
İyun 3, 2008 23:00
prosto super !!!
İyun 5, 2008 9:07
Bu sherinle ruhumu terpetdin ele heyar bu sherdedi
İyun 10, 2008 19:43
Qeyri adi serdir. Xosladim bu seri
İyun 27, 2008 12:05
NEYE GORESE ADAM OZUNU BAQISHLAYA BILMIR, BU SHERI OXUYANDAN SONRA. ELE BIL OXUCUDAN QISAS ALIRSAN.
Avqust 21, 2008 19:35