Reklam verin!
 CavidAn - səhra küləyi... : Son SÖZün xətrinə...

Navigation


RSS: Yazılar



Son SÖZün xətrinə...

İyun 1, 2008 10:14, Şeirlər, ryabina, Şərhlər(3)

...hündürlükdən atılmaqla
Intihar edənlərin yarışında
Yerə ən tez çatan da qalibdi...
(Salam)

Min il sonra,
ya milyon il
qara, dolmuş buludlara baxaraq
son şeirimi pıçıldayacam
son duam tək
son kişinin xətrinə...

Dünya
onu canı kimi sevənlərə
"CAN" demir ki,
Salam Sarvan...


bir bax,
onun
sənə,
mənə
bir "CAN" borcu qalıb hələ,
öyrəncəli,
sırtıq,
nimdaş fahişədi bu dünya.
borcunu
ondan alıb buna verər,
bundan qamarlayıb ona...

ən adi
ruhla bədən qatışığı
olanlardan deyilsənsə,
bir sübh çağı
bir qadıının çığırdığı,
ağrıdığı məqamlarda
saf və çılpaq
SÖZ gəlibsə Yer üzünə
miskin insan görkəmində,
demək...
sənin bir misiyan,
bir işin var -
sevmək,
sevmək,
yalnız sevmək...

Səni hallandıracaqlar,
sözönləri qoşacaqlar,
şəkilçilər seçəcəklər sənin üçün,
hərə bir hərf oynadacaq önündə...
SÖZsən axı...

Səni
hərə öz dilində oxuyacaq,
öz ağlıyla dərk edəcək,
öz ruhuyla çəkəcək,
ağırlığın,
uğurluğun
dərd olacaq hər birinə...
SÖZsən axı...

Səni min cür dəyişdirmək,
səni min yol döyüşdürmək
istəyəcək adamlar,
oxumaq istədiyi tək
yazmaq istəyən də olar,
səni
silmək,
yox eləmək,
pozmaq istəyən də olar...
SÖZsən axı...

Ver əlini,
bu, mənəm, bax...

Yadındamı
min il öncə,
ya milyon il
bax beləcə
qara, dolmuş gözlərimə baxaraq
son şeirini pıçıldadın
son duan tək
son qadının xətrinə...

Dünya
onu
canı kimi sevənlərə
"CAN" demir ki,
Salam Sarvan...
Baxış sayı: 164
Açar sözlər:
Bookmark and Share



1
Qismət yazıb:

Salam CAvidan.Səni müsabiqədə qalib olmağın münasibəti ilə təbrik edirəm.Bu şeirinə də sevdim.Həm gözəl yazılıb həm də ki, Salam Sarvanın adı olan hər yerdə poeziya var.

İyun 1, 2008 21:10

2
Jalə yazıb:

Sənin son sözün nə olacaq, bilirsənmi?

İyun 2, 2008 10:34

3
Novarg yazıb:

Tebrik edirem, Cavidan...

İyun 2, 2008 17:58


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

ryabina
...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites