Almalı nağıl...
Biri vardı,Biri yoxdu...
Bir Taxta vardı...
Taxtanı bəzədilər,
Adını "Taxt" qoydular...
...
O vaxtdan
dünyanın
qara günləri başlandı...
...
...Göydən üç alma düşdü...
Biri
Taxtın altına,
Biri
Taxtın üstünə...
Üçüncüsü isə
Taxtı bəyənmədi...
Yenidən
Göyə qayıtdı...
Baxış sayı: 153
Açar sözlər:


...göyə qayıtmaq istəyirəm...
Aprel 26, 2008 22:51
Taxdi beyenmediz...?
...bes taxta...? Axi taxtalarin hec hamisi "Taxt" deyil...
Aprel 26, 2008 23:19
"Taxt", yəni "Kreslo"...-))
Aprel 27, 2008 8:18
Elave izahata gore tesekkurler...)
Aprel 27, 2008 13:19
Yene yazin. Siz menim ilham perimsizniz,Cavidan xanim!
Aprel 28, 2008 16:59
Ay caan...Mən kiminsə ilham pərisiymişəm...bundan daha gözəl nəsə oxuya bilməzdim...
Bir şey hiss edirəm son vaxtlar...
Xanımlar daha çox maraq göstərməyə başlayıblar yazılarıma...məktublar alıram...etiraflar oxuyuram...ürək çırpıntıları, həyəcanlar, ən yaxın rəfiqəyə danışılacaq söhbətlər...
Buna sevinirəm...hədsiz dərəcədə sevinirəm...Tanrı sizi ruhuma çox görməsin...yanımda olun...və ruhunuzdan xəbər verən nələrisə oxuyanda əmin olun ki, bunlar yalnız sizin xətrinizədir...mənim Vətənimin güclü və çarəsiz qadınları...
Aprel 28, 2008 19:35