Reklam verin!
 CavidAn - səhra küləyi... : Əbədi An varmı...? Bəlkə inanaq...?!

Navigation


RSS: Yazılar



Yeni iliniz mübarək...!

Dekabr 31, 2007 8:38, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(2)

Əziz bloq oxucuları...
Hamınızı yeni ilin gəlişi və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə  təbrik edirəm...
Qoy həyatımızdan gedən 2007-ci il özünün bütün ağrılarını da üstümüzdən alıb aparsın...amma bu ildə qazandıqlarımızı geri verməyək...2008 - ə ən böyük ümidlərlə, ən saf sevgilərlə, ən yaxın dostlarla birgə adlayaq...
Sizə 2008 – ci ildə nə az, nə çox, düz 2008 dəfə ürəkdən sevinib xoşbəxtlik hiss etməyi arzulayıram...
Tanrının adı sizin dilinizdən düşməsin , sizin də adınız Tanrının gözündən... 
Baxış sayı: 106
Açar sözlər:
Bookmark and Share


Aldanış...

Dekabr 30, 2007 0:08, Şeirlər, ryabina, Şərhlər(2)

Dediyin yalanlara
Özündən çox inanan olsaydı
Nə vardı ki
Həqiqətin ətəyindən tutub
Dalınca getməyə?
Sevdiyin xəyalları
Özündən artıq
Dağıtmaq istəsəydi kimsə
 Davamı...
Baxış sayı: 137
Açar sözlər:
Bookmark and Share


Ayin...

Dekabr 30, 2007 0:00, Şeirlər, ryabina, Şərhlər(0)

Çoxdandı
Gözlərim quruyub
Yrəyim
Tamarzıdır bi damla suya –
Onda artıq heç nə bitmir...
Daha keçib
Gərək
Sənə bir şeir yazıb
Otağımın ortasında yandırım...


 Davamı...
Baxış sayı: 111
Açar sözlər:
Bookmark and Share


Div telefonları...

Dekabr 29, 2007 23:48, Şeirlər, ryabina, Şərhlər(0)

Beş yaşlı oğlan
Qəbir daşlarını
Cib telefonları bildi...

- Bu nəhəng telefonları
Bura kim düzüb belə?
Hansı divindi bunlar?
Kimə zəng etmək olar
Bu boyda telefonlarla?

Beş yaşlı oğlanın
Başından
beş dəfə böyük sualları
sualları cavabsız qaldı...

əlimdəki
cib telefonuna baxdım –
əlimdə
kimin başdaşıydı? Davamı...
Baxış sayı: 107
Açar sözlər:
Bookmark and Share


**** **** ****

Dekabr 28, 2007 8:05, Şeirlər, ryabina, Şərhlər(0)

Əvvəl
Atamız bizi əkir,
Sonra
Biz atamızı...

Anamızdansa
Heç cür
Qisas ala bilmirik...

Ax,
Bu
Cənnəti ayaqaltı edib də
Bizi doğanlar...!!!
 

 
Baxış sayı: 0
Açar sözlər:
Bookmark and Share


Təsəvvür et ki...

Dekabr 24, 2007 22:45, Məktublar, ryabina, Şərhlər(0)

Təsəvvür et ki, oturmusan dağ çayının kənarında, su axır, içində xırda çay daşları, bəzən yuvarlanır...bunu bənzət cəmiyyətə...
Sən əslində cəmiyyətin bu xırda çay daşlarından ibarət olmadığını çox gözəl bilirsən, elə bu dəli sürətlə axan, bir qədər sənin özünü xatırladan dağ çayı da qarşısına çıxanları yalnız dağıtmağı bacaran Zaman deyil, bilirsən...
Amma gəl bu gün hər şeyi sənin xətrinə edək, axı bu, sənin istəyin idi...
 Davamı...
Baxış sayı: 125
Açar sözlər:
Bookmark and Share


Qırğın...

Dekabr 22, 2007 21:33, Etirazlar..., ryabina, Şərhlər(0)

Kəndimizdə
Bir ildən bir
Arvadlar ölür kişisizlikdən
Uşaqlıqları-zadı
Pas atıb sıradan çıxır

Kişisiz mamaçanın
əsəbi əllərinə tuş gəlib çezir...

Kəndimizdə
Üç ildən bir
Uşaqlar doğulur atasız Davamı...
Baxış sayı: 156
Açar sözlər:
Bookmark and Share


Qırxıncı otağa xoş gəldiniz...

Dekabr 22, 2007 3:49, Antrakt...burda dincəlin...sakitləşin...söhbət edin...vaxt öldürün...bura sizindir, dostlar..., ryabina, Şərhlər(9)

İstərdim hər kəs bura ürəyindən keçənləri, etiraflarını, suallarını, sadəcə ən yaxın bir dostla bölüşə biləcək qədər səmimi sözlərini yazsın...
Bu bloqumun sadəcə şeirlərim və digər yazılarım üçün olmasını istəməzdim...
Qoy bura həm də qonaqlarımın bir-birləri ilə, mənimlə, bəlkə hərdən Tanrı ilə, bəlkə öz ürəkləri ilə söhbət yerinə, ünsiyyət məkanına çevrilsin...
Sizi narahat edən, sizi üzən, sizi sevindirən hər şeyi bura yaza bilərsiniz...
Buna yalnız şad olaram...
 
Baxış sayı: 254
Açar sözlər:
Bookmark and Share


Ay işığı...

Dekabr 18, 2007 0:51, Şeirlər, ryabina, Şərhlər(1)

Günahkar qadındı
Ay işığı...
Üzünün qarasından qopar
Pəncərəni qırıb tökər
Gecələr...

Bakirədir
Ay işığı...

 Davamı...
Baxış sayı: 150
Açar sözlər:
Bookmark and Share


Həsəd...

Dekabr 15, 2007 21:22, Şeirlər, ryabina, Şərhlər(2)

bir siqaret tüstüsü qədər
yaxın olsaydım sənə
dolsaydım da gözlərinə
başqa
heç nəyə
baxmağa qoymasaydım səni



 Davamı...
Baxış sayı: 166
Açar sözlər:
Bookmark and Share



  Yazılar cəmi: 63    Sonrakı səhifə »

Blog Haqqında

ryabina
...


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar



Açar sözlər


Sayqaç


Müxtəlif



AddThis Feed Button
Add to Technorati Favorites