"Ağrı" kultazın məhşər ayağında...Məni orada nələr gözləyir, bir Allah bilir deyəsən yenə...-))
Baxış sayı: 5
Açar sözlər:
Baxış sayı: 22
Açar sözlər:
Baxış sayı: 27
Açar sözlər:
Qadın ağrı çəkirdi.
Sancıları hər yeni dalğada daha güclü və daha uzun olurdu.
Qadın bu sancıların arasındakı getdikcə qısalan fasilələrdə mümkün qədər dərindən nəfəs almağa çalışır, alaqaranlıq və hisli otağın yoxsulluqla dolu havasını acgözlüklə ciyərlərinə çəkir, gözlərini dolandırıb otağın bir küncündə nənəsinə qısılmış, ətrafında baş verənlərdən heç nə anlamayaraq qorxudan rəngi qaçmış oğlan uşağına baxırdı.
- Ay Allah..köməyini əsirgəmə..körpəmə, ərimə yazığın gəlsin, bizi tək qoyma, ay Allah..ay Allaahhh...aaaayyyyy...ayallaaaaaahhh...
- Suyu səhərdən gedib, -deyirdi mamaça., - on saatdı susuzdu uşaq, Allah özü kömək olsun. Bəlkə aparaq xəstəxanaya, hə?!- ümidsizliklə ona baxdı.
- Yox, həkim lazım deyil...-dedi o.
- Mənə deyirdi suyu gedib, inanmadım, dedim bəlkə ağırdı, sidiyə çıxıb, hiss eləməyib, vaxtına bir ay qalmışdı axı, -qaynanası ona qısılmış oğlan uşağının ayaqlısını yoxlayıb batıq olduğunu gördü və odun peçinin böyründən aftava-ləyəni götürüb uşağı yumağa başladı
Daha bir sancı dalğası gəldi.
Baxış sayı: 45
Açar sözlər:
Hərdən
gecələrin soyuğuna
bürünüb də düşünürəm,
görəsən
sən
qadını
necə sevirsən?…
***
Yalan deyirdi.
Gözlərinin içinə qədər yalan danışırdı.
Gözlərinin içinə baxa-baxa aldadırdı onu.
Ağzında çeynədiyi, əlində qopartdığı, süfrədə üzünə baxan çörəyə də yalandan and içdi.
Baxış sayı: 55
Açar sözlər:
Belə daha yaxşıdır əslində...
Səhərlər evin balacaları dərsə, böyükləri işə tələsir, o da ertədən qapını öz açarıyla açıb gələn və səhər yeməyini də, uşaqların paltarlarını və çantalarını da, ərinin kostyumunu və ayaqqabılarını da hazırlayan qulluqçu qadına hər gün daha artıq həsəd aparır, hərdən-hərdən ərinin bu qadının bədənində dolaşan baxışlarını tutub özünə çəkmək, bu baxışlara bürünmək, hər gün daha bir az donan ürəyini isitmək istəyir..
Qaynı və baldızı demək olar ki bu evdə yaşamırlar. Onlar ertədən özləri hazırlaşıb işə yollanır, axşamadək haralardasa günlərini keçirir və bura yalnız yatmağa gəlirlər.
Və bir azdan uşaqların səsi, ərinin addımları otaqdan eyvana, eyvandan həyətə, həyətdən küçəyə keçərək uzaqlaşır, itir...
Baxış sayı: 33
Açar sözlər:
…Mən artıq əminliklə deyə bilərəm ki, qadınlar bu dünyaya qanadlı doğulurlar, kişilər isə qandallı…
Əgər bir səhər dərsə və ya işə gedərkən yanaşı addımladığın, üzbəüz gəldiyin, toqquşduğun adamlara diqqətlə nəzər yetirsən, irili-xırdalı qadınların irili-xırdalı qanadlarını da, böyüklü-balacalı kişilərin böyüklü-balacalı qandallarını da görə bilərsən…
Qadınlar heç vaxt öz qanadlarını görə bilmirlər…
Kişilər heç vaxt öz qandallarını görmək istəmirlər…Qadınların hər zaman kişilərə yazığı gəlir. Qandallarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Kişilərin hər zaman qadınlara acığı tutur. Qanadlarını adi gözlə görməsələr də ruhən duyduqları üçün…
Baxış sayı: 107
Açar sözlər:

Sərdar
Onlar dörd nəfər idilər.
İki qız və iki oğlan.
Mən yalnız birini tanıyırdım – Cəmili.
Elə dəhlizdəcə yoldaşlarını mənə təqdim etdi:
- Marina, Vüsal, Marinanın əri..bu da Leyla.
- Çox şadam. Xoş gəldiniz, uşaqlar. Mən də Sərdar.
- Sərdar Əzimov, tanınmış rəssam, - Cəmil əlavə etdi.
- Xoş gördük, - Vüsal dedi.
Qızlar yalnız gülümsədilər…
Baxış sayı: 133
Açar sözlər:
1.sabah...
İş vaxtının bitməsinə yeddi dəqiqə qalmışdı.
Eynəkli oğlan tərs kimi məhz bu vaxt yenə də peyda oldu. Onun qapını bircə dəfə tıqqıldadıb özünün də açmasından tutub istəyəcəyi kitaba qədər hər şey adamın əsəblərini qıcıqlandırırdı və əlbəttə ki, yenə də elə bir kitab istədi ki, vaxtımın beş dəqiqəsi fonda gedib onu tapmağa sərf olundu, qalan iki dəqiqəni də kitabı oğlanın anketinə yazıb qol çəkdirdim.
Hə, saat altı tamam oldu.
İndi görüm nə deyəcəkdi.
Mən artıq elektrik plitəsini cərəyandan ayırıb çantama əl atmışdım ki...
Baxış sayı: 66
Açar sözlər:
Qar kimi yağım üstünə,
Köksündəcə ərit məni,
Kövrəlim, qısılım sənə
Uşaq kimi...
Kirit məni...
Baxış sayı: 111
Açar sözlər:

...Sən mənim Yerə düşən Sözümsən...
_______
Красу не оценить
Неискушенным глазом.
Алмазы огранить
Возможно лишь алмазом.
Мирза Шафи
İndi blogda: 3
Keçən ayın hiti: 16135
Dünənki hit: 653
Bugünki hit: 202
Ümumi hit: 174869